Gəncədə yeni Cüdo Mərkəzi istifadəyə verilib
Gəncədə yeni Cüdo Mərkəzinin rəsmi açılış mərasimi olub.

Azsport.az Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, açılış mərasimində çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Tərlan Poladov, Mətin Rəhimli və Musa İsmayılov mərkəzin açılmasının önəmini vurğulayıb, bu münasibətlə gənc cüdoçuları təbrik ediblər.

Tədbirin sonunda Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi tərəfindən yeniyetmə cüdoçuların həvəsləndirilməsi üçün 100 ədəd yeni cüdoqi (kimono) hədiyyə verilib. Bununla yanaşı, federasiya tərəfindən Gəncədə fəaliyyət göstərən məşqçilər və hakimlər üçün iki günlük seminar təşkil edilib.

Xəbər 408 dəfə oxundu.