Dünya çempionatında cüdoçularımızın ilk rəqibləri müəyyənləşib
Sabah İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında start götürəcək dünya çempionatının püşkatma mərasimi keçirilib.

Turnirdə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Belə ki, kişilər arasında turnirdə Turan Bayramov (60 kq) Alhassan Sughayyir (Səudiyyə Ərəbistanı)- Chong-You Lın (Çin Taypeyi) cütünün qalibi, Rəşad Quluzadə (66 kq) Qarsia Villis (Venesuela), Kamran Süleymanov Azizbek Ortikov (Özbəkistan), Nəriman Mirzəyev (73 kq) Demirel Umalt (Türkiyə) və Elcan Hacıyev (81 kq) Nurbek Murtozoyev (Özbəkistan) ilə güclərini sınayacaqlar.

Qadınların yarışında isə Səbinə Əliyeva (52 kq) Rebeka Keller (Macarıstan), Rita Əliyeva (57) Martha Favaz (Fransa) və Nərmin Əmirli (78 kq) Coralie Godbout (Kanada) ilə mübarizə aparacaqlar.

Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılacaq.

Xəbər 371 dəfə oxundu.