Azərbaycanın iki qadın güləşçisi dünya çempionatında mübarizəni dayandırıb
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Dördüncü yarış günündə - oktyabrın 5-də 50, 53, 65 və 76 kiloqram çəki dərəcələrində çıxış edən qadın güləşçilər mübarizəyə qoşulublar.

Millimizin iki üzvü də xalça üzərinə çıxıb. Belə ki, Türkan Nəsirova (50 kq) ilk görüşdə Nataliya Varakinaya (Belarus), Elis Manolova (65 kq) isə fransalı Kumba Larrokyeyə məğlub olaraq dünya çempionatında mübarizəni dayandırıblar.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

Xəbər 296 dəfə oxundu.