Rövşən Bayramov: Azərbaycan xalqını sevindirə bildim
London Yay Olimpiya Oyunlarında ikinci yerə layiq görülsəm də, çox sevinirəm, çünki yarışdan əliboş qayıtmadım, Azərbaycan xalqını sevindirə bildim.

Bu sözləri jurnalistlərə müsahibəsində London Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışların gümüş mükafatçısı Rövşən Bayramov deyib.

O, bundan sonra məşqləri davam etdirəcəyini və növbəti dəfə ən yüksək pilləyə yüksələcəyini bildirib.

AzərTAc

Xəbər 5389 dəfə oxundu.