Teymur Rəcəbov: “Champions Chess Tour”un final mərhələsində ikinci yeri tutduğum üçün xoşbəxtəm
“Champions Chess Tour”un final mərhələsində ikinci yeri tutduğum üçün xoşbəxtəm. Bu il mənim üçün çox çətin bir il oldu. Turnirlə bağlı gözəl xatirələrim var və həqiqətən çox xoş anlar yaşadım.

Bu sözləri Azərbaycan qrossmeysteri Teymur Rəcəbov “Champions Chess Tour”un final mərhələsinin yekunları ilə bağlı turnirin rəsmi saytına müsahibəsində bildirib.

Şahmatçımız komanda yoldaşı Şəhriyar Məmmədyarova qalib gəldiyi səkkizinci turla bağlı deyib: “Bir-birimizə qarşı oyunlar hər zaman çox çətindir. Bu, yeganə tur idi ki, qalib gəldiyimə görə sevinmədim. Ümumiyyətlə yaxın dost olduğumuza görə biz öz aramızdakı qələbələri qeyd etmirik”.

Şahmatçımız son turda fransalı Maksim Vaşe-Laqrav üzərində qələbəsini əla adlandırıb.

Qeyd edək ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin qalibi olub, üçüncü mərhələ - “Opera Euro Rapid” adlı turnirin isə bürünc medalını qazanıb.

Xəbər 297 dəfə oxundu.