Avropa çempionatı: Bu gün daha 3 fudokançımız mübarizəyə başlayıb
Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatı davan edir.

Bu gün fudokançılarımız Ülvi Məmmədov, Əsəd İmanov və Nicat Əsədov mübarizəyə qoşulublar.

Turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edir.

Qeyd edək ki, komandamız Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub. Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.

Xəbər 309 dəfə oxundu.