Azərbaycan millisinin üç futbolçusunun COVID-19 testi pozitiv nəticələnib
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun COVID-19 testi pozitiv nəticələnib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, U-17 millimiz Avropa çempionatının seçmə mərhələsində üçüncü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.

Xəbər 296 dəfə oxundu.