Asim Xudiyev Qazaxıstan – Türkiyə oyununun hakim-inspektoru olacaq
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Türkiyə oyununun hakim-inspektoru olacaq.

Matç oktyabrın 12-də Qazaxıstanın Karaqanda şəhərindəki “Şaxtyor” stadionunda keçiriləcək.

Xəbər 342 dəfə oxundu.