AFFA-nın icraçı vitse-prezidenti Masallıda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, uşaqlara assosiasiyanın adından geyim dəstləri və toplar təqdim olunub.

E.Məmmədov, veteran futbolçular Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar.

Tədbirin sonunda simvolik oyun keçirilib.

Xəbər 304 dəfə oxundu.