Fudokançımız Elməddin Səlimli Avropa çempionatının qalibi olub
Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında komandamız qızıl medal qazanıb.

Təmsilçimiz Elməddin Səlimli (3 kyu - 1 dan qara kəmərlər arasında) uşaqlar arasında Avropa çempionatının qalibi olub.

Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında yarışa qatılan komandamızı Ülvi Məmmədov, Əsəd İmanov, Nicat Əsədov və Elməddin Səlimli təmsil edirlər.

Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.

Xəbər 301 dəfə oxundu.