Olimpiyaçılar ulu öndərin abidəsini ziyarət ediblər
Bu gün XXX Yay Olimpiya Oyunlarından Vətənə qayıtmış Azərbaycan idmançıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

İdmançılarımız maşın karvanının müşayiəti ilə hava limanından birbaşa Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş ulu öndərin xatirəsini ehtiramla anıb, onun abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Xəbər 1823 dəfə oxundu.