“Səbail” – “Neftçi” oyununda hər iki komandanın qapıçısı 200-cü qolu buraxıb
Premyer Liqanın VI turunun “Səbail” – “Neftçi” oyununda (1:3) hər iki komandanın qapıçısı 200-cü qolu buraxıb. Bu matçadək həm Kamran Ağayev, həm də Aqil Məmmədov ölkə çempionatlarında 199 dəfə topu qapısında görmüşdü.

“ASCO Arena”da hər iki qolkiper üçün ilk top uğursuz yubiley xarakteri daşıyıb.

“Səbail”in qapıçısı Premyer Liqada 234-cü qarşılaşmaya çıxıb. K.Ağayev buraxdığı qolların sayını 202-yə çatdırıb. “Neftçi”nin qolkiperi A.Məmmədov isə 200-cü qolu 153-cü matçında buraxıb.

K.Ağayev və A.Məmmədovadək ölkə çempionatları tarixində 200 və daha çox top buraxan qapıçıların sayı 10 idi. Onlar bu rəqəmi 12-yə çatdırıblar.

Xəbər 302 dəfə oxundu.