Blits üzrə şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı Gənclər Mərkəzində “Şah klub” şahmat klubunun təşkilatçılığı ilə turnir keçirilib.

Blits üzrə təşkil olunan yarışda 19 şahmatçı iştirak edib.

Yeddi turdan ibarət turnirdə ən yaxşı nəticəni 6,5 xal toplayan Fərid Mustafayev göstərib. Şiroğlan Talıbov 6 xalla ikinci, Atilla Eynullayev isə 5 xalla üçüncü yeri tutublar.

Yarış İsveçrə sistemi üzrə keçirilib.

Xəbər 303 dəfə oxundu.