Cüdoçularımız gənclər arasında dünya çempionatında iştirak edəcəklər
Oktyabrın 6-da İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı start götürəcək.

Yarışda ölkəmizi 8 cüdoçu təmsil edəcək. Belə ki, kişilər arasında keçiriləcək yarışlarda Turan Bayramov (60 kq), Kamran Süleymanov, Rəşad Quluzadə (66 kq), Nəriman Mirzəyev (73 kq) və Elcan Hacıyev (81 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (57) və Nərmin Əmirli (78 kq) iştirak edəcəklər.

Oktyabrın 10-dək davam edəcək yarışa 73 ölkədən 500-dən çox cüdoçunun qatılacağı planlaşdırılıb.

Xəbər 321 dəfə oxundu.