AFFA-nın icraçı vitse-prezidenti “Xan Lənkəran” klubunun nümayəndələri ilə görüşüb
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov oktyabrın 4-də “Xan Lənkəran” futbol klubunun nümayəndələri ilə görüşüb.

Görüşdə klubun fəaliyyəti və gələcək planları barədə AFFA rəhbərliyinə məlumat verilib.

Qeyd olunub ki, cari mövsümdən etibarən komanda bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra "Region Liqası" turnirində iştirak edəcək.

E.Məmmədov bildirib ki, klubun liqada iştirakı üçün AFFA tərəfindən müəyyən dəstək göstəriləcək.

“Xan Lənkəran”ın nümayəndələri görüşün keçirilməsinə və dəstəyə görə AFFA-ya təşəkkür edib.

Xəbər 307 dəfə oxundu.