“Keşlə” klubu cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb
“Keşlə” futbol klubu cari mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb. VI turun “Sabah”la ev oyununda 2:0 hesabı ilə qalib gələn qəsəbə təmsilçisinin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 30-cu quru oyununu keçirib.

103-cü matça çıxan moldovalı qolkiper bu görüşlərdə 126 top buraxıb.

Namaşko Azərbaycan çempionatlarında 30 və daha çox quru oyun keçirən 39-cu qapıçıdır. Futbolçu bu siyahıda 9-cu legionerdir.

Xəbər 305 dəfə oxundu.