Şahmat üzrə açıq çempionatda Məhəmməd Muradlı yeddinci yeri tutub
Bolqarıstanın Plovdiv şəhərində gənclər (U-21) arasında şahmat üzrə açıq çempionat başa çatıb.

Turnirdə Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Məhəmməd Muradlı göstərib. Təmsilçimiz 6 xalla 7-ci sırada qərarlaşıb. Digər şahmatçılarımız - Vüqar Əsədli, Nail Bəşirli 5,5 xalla, müvafiq olaraq 12-14-cü, Gövhər Beydullayeva 4,5 xalla 34-cü yerləri tutublar.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olub.

Xəbər 322 dəfə oxundu.