İki sərbəst güləşçimiz dünya çempionatında mübarizəyə qoşulur
Norveçin payaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Üçüncü yarış günündə - oktyabrın 4-də 70 və 97 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Milli komandamızın üzvlərindən Turan Bayramov (70 kq) Adam Batırov (Bəhreyn) - Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi, İslam İlyasov (97 kq) isə Aleksandr Xuştin (Belarus) ilə qarşılaşacaq.
Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.

Xəbər 312 dəfə oxundu.