AFFA-nın Hakimlər Komitəsinin sədri beynəlxalq oyuna təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuçlik beynəlxalq oyuna təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Polşa oyununun hakim-inspektoru F.Stuçlik olacaq.
Macarıstan – Polşa oyunu oktyabrın 8-də keçiriləcək.

Xəbər 331 dəfə oxundu.