UEFA Avroliqada çıxış edən Kiprin “Anortosis” klubu ilə bağlı qərar çıxarıb
UEFA Avroliqada çıxış edən Kiprin “Anortosis” klubu ilə bağlı qərar çıxarıb. Komanda III təsnifat mərhələsində Gürcüstanın “Dila” klubu evdəki cavab oyununda meydanda baş verən insidentə görə turnirdən çıxarılıb. Belə ki, ev sahibləri oyunun sonunda hesabda 0:3 geridə olduqları zamanı tribunlarda qarışıqlıq baş verib və azarkeşlər meydana tökülüb. UEFA matçın həmin nəticəsini qüvvədə saxlamaqla, kiprlilərə başqa cəzalar da verib. Belə ki, 50 min avro cərimələnən “Anortosis” UEFA turnirlərində növbəti 3 oyununu azarkeşsiz keçirməlidir.

Qərar qüvvəyə minəndən 3 gün ərzində apelyasiya verilə bilər. Hələliksə UEFA-nın qərarından sonra “Dila”nın son təsnifat mərhələsində Portuqaliyanın “Maritimu” klubu ilə oynayacağı rəsmiləşib.

Qeyd edək ki, Kiprin Avroliqada digər təmsilçisi APOEL həmin mərhələdə son Azərbaycan çempionu ilə “Neftçi” ilə üzləşəcək.

Xəbər 928 dəfə oxundu.