Kosovo – Çexiya matçını azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabarov təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Kosovo – Çexiya qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

Kosovo – Çexiya matçı oktyabrın 7-də təşkil olunacaq.

Xəbər 337 dəfə oxundu.