AFFA-nın əməkdaşı Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb
AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva 17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin qrup oyunlarına təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, o, çempionatın A Liqasının 6-cı qrupunun oktyabrın 6-dan 12-dək Yunanıstanda keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq. Bu qrupda İsveçrə, Danimarka, Yunanıstan və Avstriya milli komandaları mübarizə aparacaqlar.

Xəbər 297 dəfə oxundu.