İtaliya A Seriyası: “Milan”ın məğlubiyyətsiz seriyası davam edir
Oktyabrın 3-də futbol üzrə İtaliya A Seriyasının 7-ci turunun mərkəzi qarşılaşması keçirilib.

Berqamodakı “Atleti Adzzuri de İtaliya” stadionunda “Atalanta” klubu “Milan”ı qəbul edib. Görüş “Milan”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Milanlıların heyətində Davide Kalabriya, Sandro Tonalli və Rafael Leao, meydan sahiblərinin heyətində isə Duvan Sapata və Mario Paşaliç fərqləniblər.

Bu nəticədən sonra 19 xalı olan “Milan” ikinci, “Atalanta” isə 11 xalla 8-ci yerdə qərarlaşıb.

Növbəti turda “Milan” öz meydanında “Verona”, “Atalanta” isə səfərdə “Empoli” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Milan” cari mövsüm A Seriyasında məğlub olmayan üç (“Napoli”, “İnter”) komandadan biridir.

AZƏRTAC

Xəbər 296 dəfə oxundu.