Azərbaycan Premyer Liqasının altıncı turuna yekun vurulub
Oktyabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunun oyunlarına “Qarabağ” - “Qəbələ” görüşü ilə yekun vurulub.

“Azersun Arena” stadionunda keçirilən görüş Ağdam təmsilçilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qurban Qurbanovun yetirmələrinin heyətində Abdulla Zubir və Ramil Şeydayev fərqləniblər. Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Qəbələ" isə 11 xalla üçüncü yerdə qalıb.

Xəbər 303 dəfə oxundu.