Bəhreynli atlet Kalkidan Qezan dünya rekordu müəyyənləşdirib
Bəhreynli atlet Kalkidan Qezan qadınlar arasında 10 kilometr məsafəyə qaçış yarışlarında dünya rekordu müəyyənləşdirib.

İsveçrənin Cenevrə şəhərində təşkil olunan yarışda 30 yaşlı atlet məsafəni 29 dəqiqə 38 saniyəyə qət edib. Əvvəlki rekord Kenya təmsilçisi Coysilin Cepkosqeiyə məxsus olub. İdmançı 2017-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən turnirdə 29 dəqiqə 43 saniyəlik nəticə göstərib.

K.Qezan "Tokio-2020" Yay Olimpiya Oyunlarında 10 kilometr məsafəyə qaçış yarışlarında gümüş medal qazanıb.

Qeyd edək ki, kişilər arasında 10 kilometr məsafəyə qaçış yarışlarında dünya rekordu Uqanda təmsilçisi Coşua Çepteqiyə məxsusdur - 26 dəqiqə 11 saniyə.

Xəbər 397 dəfə oxundu.