Dörd sərbəst güləşçimiz dünya çempionatında mübarizəyə qoşulur
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

İkinci yarış günündə - oktyabrın 3-də 57, 65, 79 və 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Milli komandamızın üzvlərindən Əfqan Xaşalov (57 kq) Roberto Alexandro (Meksika), Əli Rəhimzadə (65 kq) Yunsik Yun (Koreya), Əşrəf Aşırov (79 kq) slovakiyalı Axşarbek Qulayev, Osman Nurməhəmmədov (92 kq) Hindistan təmsilçisi Prutviraj Patil ilə qarşılaşacaq.


Xəbər 269 dəfə oxundu.