Yüksək Liqanın açılış oyunu “Neftçi” üçün əlamətdar olub
Futzal üzrə Yüksək Liqada 28-ci çempionata start verilib. Yeni mövsümün açılış oyunu “Neftçi” klubu üçün əlamətdar olub.

Paytaxt təmsilçisi liqada sayca 260-cı oyununa çıxıb. Bunadək 259 qarşılaşmada iştirak etmiş “Neftçi” 1799 qol vurub. Komandanın yeni transferi Məhəmməd Bədəlbəylinin vurduğu qol 1800-cü olub.

Birinci turda EKOL ilə qarşılaşan "Neftçi" 2:9 hesabı ilə uduzub.

Xəbər 319 dəfə oxundu.