IFFHS: Mahir Emreli 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısında yer alıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Siyahıda Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb. O, bu il “Qarabağ”la 13, “Legiya” ilə isə 10 qol vurub. Futbolçu 23 qolla siyahının 44-cü pilləsində qərarlaşıb.

56 oyunçunun yer aldığı siyahıda M.Emreli “Latsio”dan Çiro İmmobileni, “Atletiko”dan Antuan Qrizmannı qabaqlayıb.

2021-ci ildə ən çox qol vuran futbolçu “Bayern”in hücumçusu Robert Levandovskidir. Polşalı oyunçu 50 qola imza atıb.

Xəbər 310 dəfə oxundu.