Bu gün qadın şahmatçılar arasında dünya çempionatının qalibi müəyyənləşəcək
Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının qalibi müəyyənləşəcək.

Finalda Rusiya və Hindistan şahmatçıları üz-üzə gələcəklər.

Yarımfinalda Rusiya komandası Ukraynanı, Hindistan şahmatçıları isə Gürcüstan yığmasını məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıblar.

Xatırladaq ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi dörddəbir finalda Gürcüstan yığmasına uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.

Çempionata bu gün yekun vurulacaq.

Xəbər 308 dəfə oxundu.