Azərbaycan UEFA-nın reytinq cədvəlində 1 pillə irəliləyib
UEFA avrokuboklarda qrup mərhələsinin ikinci turundan sonra yeni reytinq siyahısını açıqlayıb.

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində Kiprdə "Omoniya”nı məğlub etməklə (4:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb. Beləliklə, 2021/2022-ci il mövsümdə Azərbaycanın xal sayı 2,875-yə, son 5 mövsümdə ümumi xal sayı isə 15.500-a çatıb.

Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan Qazaxıstana çatıb. Hər iki ölkənin 15,500 xalı var. Əlavə göstəricilərdə üstün olan ölkəmiz Qazaxıstanı arxada qoyub. Bir pillə irəliləyən Azərbaycan 28-ci yerə yüksəlib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 90,641.


Xəbər 313 dəfə oxundu.