Plovdivdə açıq çempionatda şahmatçılarımız çıxışlarını davam etdirirlər
Bolqarıstanın Plovdiv şəhərində gənclər (U-21) arasında şahmat üzrə açıq çempionat davam edir.

Azərbaycan şahmatçıları Məhəmməd Muradlı və Vüqar Əsədli 5-ci, Nail Bəşirli isə 4,5 xalla 5-9-cu yerləri bölüşürlər. Digər şahmatçımız Gövhər Beydullayeva 3,5 xalla 31-ci sıradadır.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Xəbər 296 dəfə oxundu.