İsmayıllıda süni örtüklü meydançalar inşa olunacaq
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllıda süni örtüklü meydança inşa olunması üçün münasib ərazilərə baxış keçiriblər.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, müvafiq ərazidə yaxın zamanlarda AFFA tərəfindən iki ədəd süni örtüklü meydançanın inşa olunacağı müəyyənləşdirilib. Bundan başqa, AFFA və icra hakimiyyəti rəhbərliyi arasında müzakirələrdən sonra Region Liqası turnirində cari mövsümdən etibarən İsmayıllı rayonunu təmsil edən komandanın çıxış etməsi barədə razılıq əldə olunub.

Xəbər 307 dəfə oxundu.