Dünya çempionatının birinci günündə 3 güləşçimiz mübarizə aparacaq
Bu gün Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürəcək.

Mundialın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə 9 güləşçi təmsil edəcək.

Çempionatın birinci günündə 61, 74, 86 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər xalçaya çıxacaqlar. Belə ki, Kənan Heybətov (61 kq) Yaroslav Xurski (Ukrayna), Coşqun Əzimov (74 kq) Mathayo Mahabila (Keniya), Abubakr Abakarov (86 kq) isə almaniyalı Ahmed Dudarov ilə qarşılaşacaqlar.

Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar mübarizəyə qoşulacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Xəbər 306 dəfə oxundu.