Azərbaycan güləşçisi Abubakr Abakarov dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Mundialın ilk günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Abubakr Abakarov (86 kq) almaniyalı Ahmed Dudarov, ukraynalı Məhəmməd Əliyev və Gürcüstan idmançısı Sandro Aminaşvilini məğlub edərək yarımfinala yüksəlib. Növbəti mərhələdə təmsilçimiz ABŞ idmançısı Deyvid Teylor ilə üz-üzə gələcək.

Millimizin üzvü Kənan Heybətov (61 kq) startda Ukrayna təmsilçisi Yaroslav Xurskiyə məğlub olub.

Çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən Coşqun Əzimov debütdə inamlı qələbə qazanıb. Həmyerlimiz Keniya güləşçisi Mathayo Mahabilanı cəmi 1 dəqiqə ərzində məğlub edib. Ancaq səkkizdəbir final mərhələsində belaruslu idmançı Azamat Nurikova sonuncu xal prinsipinə əsasən yenilib.

Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar mübarizəyə qoşulacaqlar.

Xəbər 286 dəfə oxundu.