Azərbaycanın U-21 komandasının Finlandiya və Xorvatiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Sumqayıtdakı “Kapital Bank Arena”da Finlandiya, oktyabrın 12-də isə Xorvatiya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Heyətdə Nicat Mehbalıyev (“Qəbələ”), Rüstəm Samiqullin (“Sabah”), Əkbər Vəliyev (“Keşlə”), Rauf Hüseynli (“Zirə”), Arsen Ağcabəyov (“Sabah”), Cəlal Hüseynov (“Zirə”), Elçin Mustafayev (“Keşlə”), Nihad Qurbanlı (“Neftçi”), Samet Karakoç (“Bayrampaşaspor”, Türkiyə), Süleyman Damadayev (“Qəbələ”), Nihad Quliyev (“Qarabağ”),

Səbuhi Abdullazadə (“Sumqayıt”), Asim Əlizadə (“Neftçi”), Ədilxan Qarəhmədov (“Səbail”), Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı (hər ikisi “Neftçi”), Camal Cəfərov (“Sabah”), Turan Vəlizadə (“Keşlə”), Rüfət Abdullazadə (“Sumqayıt”), Ramin Əhmədov (“Zirə”), İldar Ələkbərov (“Sabah”), Mustafa Yıldırım (“Pazarspor”, Türkiyə) və Musa Qurbanlı (“Qarabağ”) yer alıblar.

Xəbər 296 dəfə oxundu.