Türkiyə Superliqasının VIII turuna start verilib
Oktyabrın 1-də futbol üzrə Türkiyə çempionatının VIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fatih Karagümrük” doğma meydanda “Başakşəhər”i qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibini 3:1 hesabı ilə məğlub edib. “Fatih Karagümrük”ün qollarını Andrea Bertollacci (19, 30) və Yure Balkoveç (37) vurub. İstanbul təmsilçisinin heyətində isə Daniyel Aleksik fərqlənib.

Günün digər matçında isə “Adana Dəmirspor” səfərdə “Antalyaspor”u 2:1 hesabı ilə üstələyib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 16 xalla “Fənərbağça” başçılıq edir. Ondan bir xal geri qalan “Trabzonspor” və “Altay” klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıb.

Turun növbəti oyunları oktyabrın 2-də və 3-də keçiriləcək.

Xəbər 312 dəfə oxundu.