Qadın şahmatçıların dünya çempionatında Rusiya və Hindistan komandaları finala yüksəlib
İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının yarımfinal oyunları keçirilib.

Bu mərhələdə Rusiya ilə Ukrayna, Gürcüstan ilə Hindistan komandaları mübarizə aparıb. Rusiya komandası Ukraynanı 3:1, Hindistan şahmatçıları isə Gürcüstan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi dörddəbir finalda uduzaraq dünya çempionatında mübarizəni dayandırıb.

Turnirə oktyabrın 3-də yekun vurulacaq.

Xəbər 317 dəfə oxundu.