Azərbaycan Premyer Liqası: “Zirə” öz meydanında “Sumqayıt”ı məğlub edib
Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının VI turuna “Zirə” - “Sumqayıt” oyunu ilə start verilib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 14-cü dəqiqədə “qartallar”ın belçikalı yarımmüdafiəçisi Loris Bronyo vurub.

Bu qələbədən sonra xallarını 11-ə çatdıran “Zirə” 3-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 7 xalla 5-ci sırada qalıb.

Qeyd edək ki, oktyabrın 2-də turun digər iki oyunu keçiriləcək. “Keşlə” klubu “Sabah”la, “Səbail” komandası “Neftçi” ilə qarşılaşacaq. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Xəbər 313 dəfə oxundu.