MOK-un baş katibinin müavini EYOF-un iclasında iştirak edib
2022-ci il Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) Koordinasiya Komissiyası (CoCom) sentyabrın 27-dən 30-dək Slovakiyanın Banska-Bistrisu şəhərində olub.

Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komissiyanın üzvü olan MOK-un baş katibinin müavini Azər Əliyev tədbirdə iştirak edib. Festivalın təşkilatçıları tədbir iştirakçılarını hazırlıq işlərinin gedişatı ilə bağlı ətraflı şəkildə məlumatlandırıb, qarşıdan gələn festivalda tədbirlərin keçiriləcəyi idman qurğuları, yaşayacaqları bina və obyektlərlə tanış ediblər.

Komissiyanın sədri Cozef Kassar bildirib ki, hazırlıq işləri ən kiçik təfərrüatlar nəzərə alınmaqla həyata keçirilir və yarışın ən yaxşı Avropa Gənclər Yay Olimpiya Festivalı olacağına əla zəmin var.

Koordinasiya Komissiyasının üzvləri şəhərin mərkəzində yerləşən və böyük tamaşaçı kütləsi cəlb edəcəyi proqnozlaşdırılan yeni atletika stadionu, üzgüçülük hovuzu, triatlon üçün meydança, cüdo və badminton zalları, tennis kortları və fan-zonadan ibarət mərkəzi idman klasterinə baxış keçirdiblər.

Təşkilat Komitəsinin və Slovakiya Milli Olimpiya Komitəsinin gənc komandasının gerçəkləşdirdiyi 3 günlük səfər şəhər meri Yan Noskonun iştirakı ilə baş tutan mətbuat konfransı ilə yekunlaşıb.

Qeyd edək ki, ötən keçirilməsi nəzərdə tutulan XVI Avropa Gənclər Yay Olimpiya Festivalın pandemiya ilə əlaqədar olaraq, təxirə salınıb. Yarışın gələn il 24 - 30 iyulda təşkili haqqında qərar verilib. EYOF-da 11 idman növü üzrə (idman gimnastikası, atletika, badminton, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, triatlon və voleybol) 2500-dən artıq idmançı mübarizə aparacaq.çiriləcəyi idman qurğuları, yaşayacaqları bina və obyektlərlə tanış olublar.

“Hazırlıq işləri ən kiçik təfərrüatlar nəzərə alınmaqla həyata keçirilir və Bianka-Bistrisu şəhərində 2022-ci ildə keçiriləcək yarışların ən yaxşı Avropa Gənclər Yay Olimpiya Festivalı olacağına əla zəmin var”, - deyə Komissiyanın sədri Cozef Kassar səfərdən sonra bəyan edib.

MOK-un Baş Katibinin müavini Azər Əliyevin də təmsil olunduğu Koordinasiya Komissiyasının üzvləri şəhərin mərkəzində yerləşən və böyük tamaşaçı kütləsi cəlb edəcəyi proqnozlaşdırılan yeni atletika stadionu, üzgüçülük hovuzu, triatlon üçün meydança, cüdo və badminton zalları, tennis kortları və fan zonadan ibarət mərkəzi idman klasterinə baxış keçirdiblər.

Təşkilat Komitəsinin və Slovakiya Milli Olimpiya Komitəsinin gənc komandasının gerçəkləşdirdiyi 3 günlük səfər, şəhər meri Yan Noskonun iştirakı ilə baş tutan mətbuat konfransı ilə yekunlaşıb.

16-cı EYOF pandemiya ilə əlaqədar olaraq 1 il müddətinə təxirə salınmışdı və 2022-ci ilin 24-30 iyul tarixlərində keçirilməsi haqda qərar verilmişdi. Qarşıdan gələn Avropa Gənclər Yay Olimpiya Festivalında 11 idman növü üzrə, o cümlədən idman gimnastikası, atletika, badminton, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, triatlon və voleybolda 2500-dən artıq idmançı yarışacaq.

Xəbər 322 dəfə oxundu.