Madrid klubunun hücumçusu La Liqa oyunlarının gecə saatlarında keçirilməsini tənqid edib
Kolumbiya millisinin və "Atletiko"nun üzvü Radamel Falkao verdiyi açıqlamalarla diqqətləri öz üzərinə çəkib. Madrid klubunun hücumçusu La Liqa oyunlarının gecə saatlarında keçirilməsini tənqid edib.

"Təəssüf ki, La Liqa oyunları gecə saatlarında keçirilir. Oyunların gecəyə təyin edilməsi yanlış qərardı. Buna qarşı çıxıram. Gecə 11-də hamı kimi mən də yatıram.

Bundan başqa gec yatanda səhər durmaq da çətindi. Ona görə də La Liqa oyunlarının gecə başlamasını tənqid edirəm".

Xəbər 937 dəfə oxundu.