Avropa Konfrans Liqası: “Qarabağ”ın futbolçusu Kadi Borgesin vurduğu qol həftənin ən yaxşısı seçilib
Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin ikinci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

Azarkeşlər arasındakı səsvermə nəticəsində “Qarabağ”ın futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”ya vurduğu ilk qol ən yaxşı seçilib.

Kadi “Qarabağ”ın “Omoniya”nı 4:1 hesabı ilə məğlub etdiyi oyunda iki qol vurub.

Xəbər 395 dəfə oxundu.