Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VI turuna start veriləcək
Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının VI turuna start veriləcək.

İlk oyun günündə bir qarşılaşma keçiriləcək.

“Zirə” komandası “Sumqayıt”ı qəbul edəcək. Hazırda paytaxt klubu 8 xalla dördüncü, “Gənclik şəhəri” təmsilçisi isə 7 xalla beşinci pillədə qərarlaşıb.

Bu, komandaların Premyer Liqada 24-cü dueli olacaq. Əvvəlki 23 matçın 10-da meydan sahibləri, 6-da isə qonaqlar meydanı 3 xalla tərk ediblər. Topların fərqində də “Zirə” üstündür - 29:21.

“Qartallar” çempionatda rəqibinə qarşı keçirdiyi son 6 oyunda qələbə qazanmayıb. Son 3 görüş isə heç-heçə ilə nəticələnib.


Xəbər 301 dəfə oxundu.