Plovdivdə açıq çempionatda şahmatçılarımız liderlər qrupunda mübarizə aparırlar
Bolqarıstanın Plovdiv şəhərində gənclər (U-21) arasında şahmat üzrə açıq çempionat davam edir.

Azərbaycan şahmatçıları Vüqar Əsədli, Məhəmməd Muradlı və Nail Bəşirli 6 turdan sonra 4,5 xalla 3-8-ci yerləri bölüşürlər. Digər şahmatçımız Gövhər Beydullayeva 2,5 xalla 35-ci sıradadır.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

Xəbər 333 dəfə oxundu.