FIFA dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı dialoqa açıqdır
FIFA dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı dialoqa açıqdır.

Bu barədə FIFA-nın prezidenti Canni İnfantino bildirib.

Funksioner qeyd edib ki, belə bir qərar klublar və milli komandalar üçün turnir təqvimini dəqiq müəyyən etməyə imkan verəcək. Dünya çempionatının iki ildən bir keçirilməsi təşəbbüsü “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger tərəfindən beynəlxalq təqvimi təhlil etdikdən sonra irəli sürülmüşdü.

C.İnfantino qeyd edib ki, FIFA həm beynəlxalq, həm də kişi, qadın və gənclər arasında futbolun inkişafı üçün mümkün olan ən yaxşı həll yolunu tapmağa çalışdığı üçün belə bir dialoqa açıqdır: “Gələcəyin futbol tarixini formalaşdırmaq, irəli baxmaq, keçmişdən öyrənmək və gələcəyi qurmaq imkanımız var. Məqsədimiz futbolu həqiqətən qlobal hala gətirməkdir. Ancaq dəyişikliklər hər kəsə fayda verəcəyi təqdirdə həyata keçiriləcək”.

Hazırda dünya çempionatı dörd ildən bir keçirilir. C.İnfantino bundan əvvəl təşkilatın ilin sonunadək dünya çempionatını iki ildən bir keçirmək qərarına gəlmək niyyətini açıqlayıb.

Xəbər 321 dəfə oxundu.