Azərbaycan millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 1-dən 12-dək Qəbələdə təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. yığmamız oktyabrın 8-də Azərbaycanın U-19 komandası, üç gün sonra isə qırğızıstanlı yaşıdları ilə qarşılaşacaq.

Millimizin heyətinə Eldar Tağızadə (“Clermont Foot”, Fransa), Həsən Həsənli (“Qəbələ”), Rza Cəfərov, Hüseyn Babayev (“Neftçi”), Mirəli Əhmədov (“Sabah”), Xəyal

Səmədov (“Qəbələ”), Rəşad Həsənov (“Keşlə”), İbrahim Ramazanov (“Qəbələ”), David Orucov (“Neftçi”), Nihad Ağayev (“Sumqayıt”), Nikita Pesotski (“Stroqino”, Rusiya), Rauf Rüstəmli, Gülağa Əsədov (“Qəbələ”), Seymur Məmmədov, Xəyal Əliyev (“Sabah”),

Məhəmməd Səfərov (“Zirə”), Vüsal Qənbərov, Kamal Kazımov (“Keşlə”), Mahmud Ağayev (“Zirə”), Cavanşir Şahbazlı (“Neftçi”), Yusuf Oral (“Beşiktaş”, Türkiyə), Ege Bilsel (“Antalyaspor”, Türkiyə), Mehrac Baxşəli (“Qəbələ”) və Mirmövsüm Canıyev (“Qarabağ”) dəvət olunublar.


Xəbər 376 dəfə oxundu.