BMX-fristayl üzrə Avropa çempionatı Moskvada keçiriləcək
Velosiped idmanının BMX-fristayl növü üzrə Avropa çempionatı 2021-ci ildə Moskvada keçiriləcək.

Bu barədə Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov məlumat verib. O qeyd edib ki, Avropa çempionatının Moskvada keçirilməsi təsdiqlənib. Çox yaxın gələcəkdə müqavilə imzalanacaq.

Qeyd edək ki, BMX-fristayl idman növü “Tokio-2020”də debüt edib.

Xəbər 373 dəfə oxundu.