Rio Olimpiadasında boks yarışlarında bəzi görüşlərin manipulyasiya edildiyi təsdiqlənib
Riçard Maklarenin rəhbərlik etdiyi müstəqil komissiya araşdırma nəticəsində 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya Oyunlarının boks yarışlarında bəzi nəticələrin hakimlər tərəfindən manipulyasiya edildiyini təsdiqləyib.

Bu barədə Beynəlxalq Boks Assosiasiyasının (AIBA) mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “The Guardian” nəşri Rio Olimpiadasında bəzi döyüşlərin şübhə altına düşdüyünü yazıb.

Xatırladaq ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında boks üzrə millimizin üzvləri Lorenso Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanıblar.

Xəbər 336 dəfə oxundu.