“Böyük dəbilqə” turnirində iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb
Parisdə oktyabrın 16-da start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirində iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb.

Turnirdə kişilərdən ibarət komandamız iştirak edəcək. Belə ki, Balabəy Ağayev (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov (66 kq), Telman Vəliyev, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) mükafatlar uğrunda mübarizə aparacaqlar.

Turnir iki gün davam edəcək.

Xəbər 368 dəfə oxundu.