Rauf Mehdiyev “Turan”la anlaşıb
“Neftçi”nin transferə çıxardığı futbolçulardan biri özünə yeni iş yeri tapıb. Rauf Mehdiyev “Turan”la anlaşıb.
Artıq Tovuz klubu “Neftçi”yə rəsmi məktubla müraciət edib. “Turan” məktubda Mehdiyevi heyətinə qatmaq istədiyini bildirib.
Qeyd edək ki, Rauf Mehdiyev Rail Məlmkov və İqor Mitreski ilə birlikdə “Hapoel”lə (Kiryaş Şmona, İsrail) oyundan sonra transferə çıxarılıb.
35 yaşlı Rauf Mehdiyev 2010-cu ildən “Neftçi”də çıxış edir. Bu müddətdə o, 30 oyunda meydana çıxıb. Əvvəllər “İnşaatçı”, “Təraqqi”, “Azəri”, “Fərid”, “Şəmkir”, “Qarabağ”, “Baku”, “Olimpik”, “Simurq” və “Karvan”ın formasını geyinmiş qolkiper 2004-2008-ci illərdə 5 dəfə milli komandanın formasını geyinib.

Xəbər 1106 dəfə oxundu.