Avropa kubokunda 11 cüdoçumuz mübarizə aparacaq
Oktyabrın 16-da Xorvatiyanın Dubrovnik şəhərində start götürəcək cüdo üzrə Avropa kubokunda mübarizə aparacaq Azərbaycan komandasının heyəti açıqlanıb.

Turnirdə kişilər arasında 11 idmançı iştirak edəcək. Belə ki, yarışda Rəşad Baxşəliyev, Sənan Əhmədov (60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov, Rüfət Şovlatov (73 kq), Ömər Rəcəbli, Kərim Məmmədov, Məhərrəm İmamverdiyev (81 kq), Rüfət İsmayılov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaq.

Turnir iki gün davam edəcək.

Xəbər 330 dəfə oxundu.